Doldu gözüm qubari-səri-kuyi-yardən
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Doldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.Eşq atəşinə yanma, yakılma demək nədür,Od macərasın istəmədi kimsə xardən.Canandan ayrı təneyi-düşmən nədür bana,Yox ictinabı kalbüdün səngsardən.Tüşdüm mühiti-eşqəvü qurtarmağa bəni,Mövci-bəla arayə çəkər bir kənardən.Əğyarı mötəbər eləmək güc gəlür, nolur,Gər tüşsə Sadiqi nəzəri-etibardən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sadiq-bey-efsar-doldu-gozum-qubari-seri-kuyi-yarden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vüsali müjdəsidin əşkbar gözüm,Gər ağlamas nə əcəb edir nisar gözüm.
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdiMəni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi,Famxanəsində bir idüm rövşənzəmir etdi.
Şövqim gətürdi cilvəyə ol sərvqamətiŞövqim gətürdi cilvəyə ol sərvqaməti,Münkir imiş, ey həkim, gör imdi qiyaməti.
Qıldı həngami-səfər sərvi-xuramanım vidaQıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.