Yatmışdım, üstümə gəldi ərənlər,Oğlan, nə yatmısan, oyan dedilər.Düldülün sahibi, Qəmbər ağası,Budur, ona Şahi-Mərdan dedilər.

Oyandım qəflətdən, açdım gözümü,Ərənlər payinə sürtdüm üzümü,Dindirdilər, haq söylədim sözümü,Hər kəlməmə doxsan bəyan dedilər.

Qurbani, batıbsan qəm dəryasına,Ovçunun məskəni dağ arxasına,Bir sığal verdilər gönül pasına,Aşiqi məşuqa qurban dedilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви