Ya Murtuza Əli
Bu gün bir nurani kimsənə gördüm,Görcəyin çağırdım: "Ya Murtuza Əli!"Sidqnən çağırsan, tez yetər dada,Dillərdə söylənir: "Ya Murtuza Əli!"
On bir oğlu var idi, bir anası,Nur ilə doluydu onun əzası.Məğribdən Məşriqə gəzir sədası,Dillərdə söylənir: "Ya Murtuza Əli!"
Nurani dediyim – nuri mərfətdi,Mədinə dediyim – bizim tərəfdi.Qurbani der: Ağam əsli ərəbdi,Ağalar ağası, ya Murtuza Əli!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-ya-murtuza-eli
Клавиши ← → для перехода, R — случайное стихотворение