Bir kimsənə gəldi mənim üstümə,Yazılı şəninə: ya minəl-əta!İmam ola, damad Əhmədi-Mürsəl,Doldurub camini eylədi əta.

Tərəhhüm eylədi abi-kövsərdən,Onunçün keçmişəm can ilə sərdən,İstədim mətləbim payi-Qənbərdən,Kəramət eylədi mənə bir buta.

Eşq əlindən namus, arım qalmadı,Nə bir səbrim, nə qərarım qalmadı,Qurbaniyəm, ixtiyarım qalmadı,Dönmüşəm kamana, qəddimdi düta.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов