Başma döndüyüm ay pərizada,Can içində cana vermərəm səni.Neylərəm bostanı, neylərəm bağı,Yüz bağu-bostana vermərəm səni!

Dağlarda maralsan, çöllərdə ceyran,Ordubad, Naxçıvan boyuna heyran,Tamaşaya gələr cəmi Gülüstan,Güllü Dağıstana vermərəm səni.

Qurbani der: can içində can gələ,Yaş yerinə gözlərimdən qan gələ,Camalm görməyə Süleyman gələ,Taxti-Süleymana vermərəm səni!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе