"Ayn" "lam" içində, "sin" arasında,Yar mənə göndərdi bir cəviz indi.Aylar, illər həsrətini çəkdiyim,Lütf eylə ləbimə bircə üz indi.

Gözəllər yığılıb qıya baxanda,Zülfü dal gərdəndə qıya baxanda,Nigar pəncərədən qıya baxanda,Ömrümün rişəsin bircə üz indi.

Gözəllər oturmuş göz bulağında,Sürmə tək qovruldum göz bulağında,Hicran dəryasında, göz bulağında,Qurbani, çalxanıb bircə üz indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви