Səhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.Ağlım zail oldu, halım digərgün,Nə ki var əndamım ay əsər indi.

Bahar olcaq dağlar ay lalələndi!Bulud zülf üzünə ayələləndi,Biznən mey içənlər ayələləndi,Tökülüb sədrüvə ayə, sərindi.

Örtübdü başına şal qəza işin,Qoymuyun dannıya el qəza işin.Qurbani der: Get-gör ol qəza işin,Tərlan avın almış, ayə, sar indi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе