Handadı
İbtida eyləyib girdim meydana,Şagirdlər ustadı görün handadıPünhani dərdlərim çoxdu canımdaDürrü gövhərlərim hələ kandadı.
Nazlı yar əlindən mən sinədağam,Sürəyya tək yatmamışam, oyağam,Şahindən ayığam, qazdan sayığam,Gözlərim gözləyir, sübhü dandadı.
Sana qurban olum, ya həzrət Əli,O nə ki buyurub, demişəm «bəli!»Yetim Qurbaninin fikri, xəyalı,Axır ki, mətləbi Pəri xandadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-handadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Öldürür
Dərdim çoxdu, dindirməyin, həzarat!Məni bir alagöz ceyran öldürür.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.