Şah
Yer, göy yox ikən bir nəzər qıldın,Əritdin gövhəri, dürr eylədin, şah!Yox yerdən aləmi bərqərar etdin,Cəmalın qəndildən nur eylədin, şah!
Gətirdin kəlamı cümlə cahanə,Qırxları göstərdin əhli-ürfanə,Peyğəmbər xitabın gətdin dəhanə,Həbibin söhbətin şur eylədin, şah!
Dirili Qurbanı götürdün indi,Boynundadır məhəbbətin kəməndi,Dərya üzündə oynadır səməndi,Özün Cəbrailə pər eylədin, şah!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-sah
Клавиши ← → для перехода, R — случайное стихотворение