Dəxi çıxmış gözüm görə kor,Gəlib yar ötdü, hay ötdü,Xəbərdar olmadın könlüm,Vəfadar ötdü, hay ötdü.

Sənin qəmzənin xədəngindənGələn naveklərin bir-birMücərrəd keçdi köksümdən,Ələmdar ötdü, hay ötdü.

Qəzəbnak sinəyi-çakəÇəkibdir xəncərin kafir,Görün hay-hay ol qanlı,Cəfakar ötdü, hay ötdü.

Gələr bir şölei-atəş,Gözü məstdir, özü əsrük,Gəl ey canın satan aşiq,Ki bazar ötdü, hay ötdü.

Eşit bu vəsmi pəndin,Gözəllik payidar olmaz,Mətaın gül-füruş iləXəridar ötdü, hay ötdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви