Ey ağalar, bəylər, cəm olan xanlar,Nalım kimi ah u zarı tapmadım,Gəzdim bu dünyanı sərbəsər təmam,Sinəm kimi dağdarı tapmadım.

Sənətdir mənim qanlar ağlamaq,Qövm u qardaşa qara bağlamaq,Dərd u qəm çərisin sinədə saxlamaq,Mənim kimi qəm sərdarı tapmadım.

Ağlaya-ağlaya yıxdım evimi,Ağartdım saqqalı, bükdüm belimi,Ah u zarımı, dərd u qəmimi,Ərz etməyə şəhr-yarı tapmadım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости