Hacı İbrahim verdi bizə bir inək,Hərəmizin əlində bir də dəynək.

Ha döyək, dura bilməz yerindən,Baş açmırıq bu inəyin sirrindən.

Bizim hacı gecə-gündüz otardı,Ələfimizi tamam yedi, qurtardı.

Qışın düşdü yarısında götürüm,Bu inəyin mən vayına oturum.

Bu inəkdə biz iqtidar görmədik,Beş-altı gün bunu çölə sürmədik.

Gətirib bunu saldıq qazmaya,Taki çölə çıxıb yolun azmaya.

Neçə müddət bunu biz yaxşı baxdıq,Ondan sonra çıxardıb buraxdıq.

Heç deməyin ala qarğa görürmüş,Bu heyvanın qəsdincə durarmış.

Sağsağanlar yığışdılar başına,Qaynaq düşdü bu inəyin qaşına.

Birdə gördük qaçıbdı maldan gəlir,Sağsağanlar tamamı beynin dələr.

Qaça-qaça özün soxdu pəyəyə,Ot-ələfi orda doyunca yeyə.

O gecəni inək qaldı orada,Məşğul oldu səhərədək fəryada.

Səhər vaxtı tapşırdıq naxırçıya,Yıxılmıya, nə uçmıya, azmıya.

Naxırla sürüb apardı çölə,İnək soxub özün kosa və kola.

Varıb özün bir kollığa atıbdır,Boşalıb ardı çox bərk yatıbdır.

Naxırçı axtarıb dağı həm daşı,Gözlərindən töküb al qanlı yaşı.

Müxtəsər axırda tapıb inəyi,Sanballıyıb silkələyib dəynəyi.

Vurduqca bu yerindən durmuyub,Bunda durub daha artıq vurmuyub.

Əlacı kəsilib, burulub kəndə,Koməmizdə oturmuşdum mən kəndə.

Birdə gördük qapıdadır naxırçı,Nə naxırçı, köpək oğlu çaxırçı.

Acıqlanıb dedi ki: dur, gəl gedək,Bir xəndəyə yıxılıbdır bu inək.

Hasil-kəlam işin üzünü gördük,Soxtaları tamam yığıb yüyürdük.

Getdik gördük bir xəndəkdə kəbrib,Yıxılıbən dalı üstə sərilib.

Yığılıbən biz xəndəyi tez pozduq,Min zəhmətlə axır bunu durğuzduq.

Axır-kəlam nə lazımdı biz etdik,Yavaş-yavaş kəndə tərəf tərpətdik.

Qışın zərbi lap tərk etdi heyvanı,Arıxladı, qalmadı quşca canı.

Yaxşı olsa Hacı İbrahim verməzdi,Bu inəyi bizə rəva görməzdi.

Bilirdi ki bu inək heç dirilməz,Nə çölə çıxmaz, nə mala sürülməz.

Baxdı gördü ölüm yağır qaşından,Onun üçün tez eylədi başından.

Bu inəyi verməkdən qalaydı,Babam gedib ayrı inək alaydı.

Sağsağanlar çıxartdılar qanını,İstəmədik yağını, ayranını.

Neçə müddət uşaqlarda otardı,Axır inək oldu, hamı qurtardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов