Yığılın əhbablar, yaran yoldaşlar,Bir sağalmaz dərdə düşdüm bu gecə.Hikməti-pir ilə abu-züladan,Kövsər bulağından içdim bu gecə.

Qüdrət məktəbində verdilər dərsi,Zahirdə göründü ərş ilə kürşü,Hifzimdə zəbt oldu ərəbi - farsi,Lüğati-imranı seçdim bu gecə.

Səfil Şenlik haqdan buldu kamalı,Bu fikirlə vəsli halım deməli,Bədirlənmiş gördüm gözəl camalı,Təğayür hal olub çaşdım bu gecə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Aşıq Şenliyin Mumuxan səfəri

Mumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı. Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi. Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi.Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu. Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: -

5 мин
Aşıq Şenliyin Güllübulaq səfəri

Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı.Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi.

4 мин
Aşıq Şenliyin Canbaz qızı rəvayəti

Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi.Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən.

3 мин
Aşıq

Abbas:Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,

1 мин

Стихи других поэтов · О мудрости