Abbas:Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,İndi vuraram sinənə dağ ilə düyün, aşıq.Tərlan kimi yol gözlərəm mən ovgah yerlərində,Sən əlimə şikar kimi düşübsən bugün, aşıq.

Şenlik:Arzulayıb gəlmişiydim mən sizi deyin, aşıq,Heç mi səndə yox məhəbbət, ey qəlbi xain, aşıq.Əvvəl çox hərcayı getmə, sonra peĢman olarsan,Nə zaman ki, alt edərsən, o zaman öyün, aşıq.

Abbas:Yenə vurdu eşq atəşi, sevda səri görünü,Sən təki neçə aşığın açdım gizlin sirrini.Cəngiynən qəzəbə gəlib görsən hasmın zorunu,Əsdə gəldin bu meydana, qaçarsan yəqin, aşıq.

Şenlik:Aslı şirrət mazaratdan qaçıb qurtulmaq haqdı,Zatında hiylə görünür, fitneyi-feli çoxdu.Düşübsən aslan cənginə, heç mi xəbərin yoxdu,Tutaram indi başına bir olmaz oyun, aşıq.

Abbas:Aşıq Abbas abdal olmuş, eşq ucundan dəlidir,On iki imam Çaryarlar bir Xudanın quludur.Açsam gizlin mətahımı, ləli-gövhər doludur,Dürrü-cəvahir görünür ayanbaayan, aşıq.

Şenlik:Bəyanbabəyan bilirəm nə fitneyi-feldəsən,İstərsəm zirdəst eylərəm zəpti mümkün əldəsən,Düşdün Şenlikin bəhrinə abı ümman seldəsən,Necəsən ki, qərq eyləyəm hiyləgər layin, aşıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов