Xəluqun pədəri
S.Səbur bəradərimə
Şe'rin, ədəbin nasiyeyi-şə'şə'ədari,Dilsiz vətənin bir dəhəni-feyznisari.Əcfani-bəşərdən tökülən atəşi-nabiŞe'r inciləri yapmada əngüşti-rübabi.Almas kimi göz yaşını kəskin nəzərinlə –Görməkdə və şe'r etmədə dəsti-hünərinlə.Bədbəxtlərə ağlayır avazi-rübabi,Həp zalimədir, zülmətə tövciyi-xitabi.Hər şe'ri birər nalesidir əhli-həyatın.Fikrət, yaşasın varlığın ilə nəğəmatın.Parlaq əməlin dəhrdə tənviri-həqiqət,Ciddən də böyüksən sən, əya həzrəti-Fikrət!Doğsaydı əgər Qərb cahanında o zatın,Şayisteyi-təqdis olurdu şu dühatın.Əfsus! Səni görmədə bu Məşriqi-nəşad,Ey hər sözü insanlıq üçün nəğmeyi-irşad!Bir Şərq ki, möhtaci-ziya səhni-zülami,Bir Şərq ki, acdır işığa xassü əvami.Ey nasiyeyi-asiyə, ey zülmətə asi.Ey fikri-nəcibanənin ən ülvi dühası.Ey ruhi-ədəb, ruhi-füsunsazi-məali,Ey aləmi-baladə uçan şairi-ali!Şe'rin əbədi bakirədir, bivə olurmu?Bir böylə gözəllik yaradan işvə olurmu?Ey bakirə əş'ar doğan şe'r Məsihi,Ey türklərin şairi-fəyyazü fəsihi.Küsmə, yenə ol saməi-ruhi-ədəbiyyat,Həp mürdədimağız, bizi canlat, bizi parlat.
Fikrinlə yaşa, elmü kəmalatı yaşat sən.Meydanda durur iştə o "Tarixi-qədim"in,Məhsuli deyildirmi şu bir fikri-səlimin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-xeluqun-pederi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Böyük Tofiq Fikrətə kiçik töhfə)*Yüsəlməli, toxunmalı alnın səmalərə,*
Nəğmeyi-əhraranəGöründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
Nəvayi-rindanəFədakarənə çıx meydana, əhrarənə cuş eylə,Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə.
Nəvəhati-həyatCahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.
Стихи других поэтов · О мудрости
Nagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.