Nəvəhati-həyat
Cahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.
Riyahi-zülm ilə fərsudələnmiş bağı-əmniyyət,Uçar ruhum quşu bağı-fənayə bad halında.
Çəkildi həcləgahi-ismətə nazəndə hürriyyət –Görəndə cilvəgahi-hüsnün istibdad halında.
Olub məsləkfürüşan aləti-əzvaqi-istibdad.Bu alçaqlar görür bu halı iste'dad halında.
Nasıl fərq eyləsin biçarə millət nurü zülmatı,Zəlalət cilvələnmişdir bu gün irşad halında.
Hanı hürriyyətü ədlü müsavat, ey riyapərvər?Müsəmmadan xəbər yox, qaldı bunlar ad halında.
Vətən meydanı olmuş saheyi-bazıçeyi-tiflan,Çəkilmiş mərdi-meydan inzivayə dad halında.
Bu vəhşətgahdə əyləncəyiz dəsti-cəhalətdə,Nasıl istərsə oylə oynadır nərrad halında.
Nəyə nəsbi-nigah etsəm, təzəllümlər, təəllümlər –Səvaiqpaşdır dünyaya istimdad halında.
Kimə ağuşi-şəfqət açdı bu naməhriban madər?Bu matəmzarı kim seyr eylədi dilşad halında?
Təfərrüc eylə sərvistanı, gör şol sərvi-azadi,Məzarından çıxıb azadəgan azad halında.
Bu mövcudat həp məhsuludur bir cövhəri-fərdin,Neçin etmiş təşəkkül kainat əfrad halında?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-nevehati-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.
Ümidi-vüsali-canan, yaxud qəm yeməMahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Təraneyi-tövhidƏsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.
Bir iranlının lisanındanBu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.
Стихи других поэтов
Bəzən iclaslarda durub üz-üzə,Sözlər yağdırırıq zəhərdən acı.
Necə gülüm?Dostum, deyirsən ki, gül, həmişə gül!Səni sağaltsa da gülüş sağaldar.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.