Bir iranlının lisanından
Bu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.
Gərçi heyvan deyil, cəfalərdən –Haləti tibq hali-heyvandır.
Kəsrəti-zülmdən xudaya yəmin,Ömrdən sir, mərgi cuyandır.
Uzun illər vətəndən ayrılmış,Sərsəridir, həzinü nalandır.
Mərgdən başqa tərki-aləm edib,Xaliqindən məmatı xahandır.
Qəsəm olsun cahanda mən kimi həp –Əhli-İran səd həzarandır.
Gecə-gündüz qərib yerlərdə –Bir quru əkməyə şitabandır.
Bəsləyir zəhmətilə molla, qazı,Bəyə əkmək verir, səgi-xandır.
Bu iki misraı edib təzkar,–Nə qədər canı varsa guyandır:
Eylərəm dad, ta alınsın dad,Mülk ola çarəyabi-istibdad!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-bir-iranlinin-lisanindan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Təraneyi-tövhidƏsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.
Nizaminin övladına nəsihətiEy on dörd yaşa ermiş nuri-çeşman!Oğul! Kəsb eylə elmi-dinü əbdan.
Zahirpərəst alimlərəSərf qıldıq ömrü əndər qilü qal,Olmadı hasil bizə ondan kamal.