Şərareyi-ruh
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Hüquqi-milləti imha edən zənn etmə hükkamı,Cəhalətdir ki, itfa eyləmiş mişkati-islami,Cəhalətdir ki, jəngalud edib mir'ati-islami,Cəhalətdir ki, ateşzar edib cənnati-islamiCəhalətdir ki, bərbad etdi tə'sisati-islami.
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Qaraldan ateşi-əfkarı sindani-cəhalətdir,Büküldən qəddi-iste'dadı zindani-cəhalətdir,Qılan təsxir Çini-elmi xaqani-cəhalətdir,Edən İrani viran iştə imrani-cəhalətdir.Behiştasa vətən övrəngi-şeytani-cəhalətdir.
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qərardı nuri-iste'dad istibdad altında!Həyatın bağını ehraq edən nirani-qəflətdir,Təməddün hurini məstur edən övhamü vəhşətdir,Maarif şəmsi çıxmaz, məşriqül-ənvar zülmətdir,
Vifaqın riştəsin qət' eyləyən seyfi-ədavətdir.Ədavət, zülmətü vəhşət həp övladi-cəhalətdir.
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
"Fəğan! Sultani-qəflət verməyir İranə hürriyyət",Bu lafi dinləsə, gəlməzmi ya xəndanə hürriyyət?Deyil napakdamən qız baxa hər yanə hürriyyət,Gözəldir, pakdır, iffətlidir fərdanə hürriyyət,Tənəzzül etməyir ən ali bir vicdanə hürriyyət.
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Verilməz huri-zürriyyət, bu sözlər cümlə bicandır,Bu fəttani-cəhanın mehri yüz minlərcə qurbandır,Fədakaranə aşiq lafə gəlməz, böylə fəttandır,Keçər candan o kəs kim, talibi-rüxsari-canandır,Bizim də karımız boş-boş, səmərsiz ahü əfğandır.Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Əgər şayani-hürriyyət olursa zadeyi-insan,Əsarət zülmünün gərdunəsin çəkmək deyil asan.Ağır yük çəkməyə məhkum edilmiş cahilü nadan,Təbiidir, ölüncə zəhmət altında yaşar heyvan,Bu füshətgahi-sərbəsti kəsilmişdir bizə zindan,
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Əzizim, iştika etməkdəsən alimnümalərdən,İmami-Cüm'ə, Şeyx Fəzlü əshabi-cəfalərdən,Əsadən, xirqədən, təsbihdən, tiftik əbalərdən,Bir az da bəhs qıl əmrazi-cəhlə mübtəlalərdən,Zülamabadi-övham içrə dalmış biziyalərdən,
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Şu İran kim, qucağı məhdi-ərbabi-zəka idi,Nücumi-elm ilə pirayələnmiş bir səma idi –Ki, hər bir məşriqində min günəş pərtövfəza idi,Hanı Sə'diyü Firdovsi? Birər bunlar düha idi,Səmavati-ədəb, təl'ətgəhi-nurü ziya idi.
Bu gün gümgəştədir İran Zülamabad altında!Vətən dəhşətnümundur cəhli-istibdad altında!
Təəssüf!.. Şeyx Fəzlüllahə İran aşiyan olmuş,Təməddün dilbəri fərtutə, vəhşət növcəvan olmuş,Maarif cənnəti solmuş, vərəqrizi-xəzan olmuş,Xəmuşabadi-nisyanda bu bülbüllər nihan olmuş,Zəğənlər, bumlər bağı-vətəndə növhəxan olmuş.
Bu gün övladi-millət inləyir bidad altında!Gəl ey nazəndə tale, gör bizi fəryad altında!
Mən ol avarə mürğəm zəxmdar olmuş pərü balım,Düşər ağuşi-xakə zəxmli cismimlə amalım,Neçin xülmət kəsilmiş fikri-millət misli iqbalım?Mənə küsdünmü, bilməm, ey vətən, ey dilbəri-balım?Məzarımda açan gül şərh edər əxlafə əhvalım:
Birər girdik məzarə pəncəyi-bidad altında!Tükəndi ömrümüz ahü fəğanü dad altında!
Bu ol ərzi-ədalətdir ki, əmniyyətnişan olmuş,Bunun əndamına ruhi-ədalət sanki can olmuş,Əvət, bu mülk mə'muri-yədi-Nuşirəvan olmuş,Təəssüf! İndi zülm ilə müşari-bilbənan olmuş,
Bu gün zülmət kəsilmişdir vətən bidad altında!Qərardı nuri-hürriyyət, bax, istibdad altında!
Yazıq olsun sənə, ey mətlei-əhrar olan İran!Sitəm dəstilə misbahi-fəlahi tar olan İran,Sürurabadi-istiqlalı matəmzar olan İran,Olub nazəndə övladın nasıl gör tar-mar İran!
Bu gündə inləyirlər pəncəyi-bidad altında!Gəl, ey nazəndə tale, gör bizi fəryad altında!
Biz ol biçarə ahuyuz ki, min səyyadımız vardır.Bu vəhşətgahdə, bax kim, nə çox cəlladımız vardır,Nə səmtə ətfi-çeşm etsək, nə bir imdadımız vardır,Nə fəryad etməyə avazi-istimdadımız vardır.
Usandıq bunca fəryadü fəğanü dad altında!Vətən amadeyi-ifnaydır bidad altında!
Nədir bu xabi-müdhiş kim, tutub əqvami-islami?Deyil puşidə, parlaqdır bunun dəhşətli əncami,Təbiətdə yazılmış böylə qövmin hökmi-e'dami,Gedərsə böylə islamiyyətin ancaq qalır nami,
Ayıl, ey xabə dalmış, yatma istibdad altında!Vətən ifnayə getmək üzrədir bidad altında!
Ey islam oğlu islam! Sən də adəmsən, ayıl bir an,Yetişdi nöqteyi-ümmidə səndən başqa həmrahan,Məzaristani-qəflətdən atıl meydanə, göstər can,Hücum etməkdədir düşmən, difa'i-nəfsə hazırlan,
Ayıl, ey xabə dalmış, yatma istibdad altında!Vətən ifnayə getmək istəyir bidad altında!
Fədakarani-aləm gör nasıl təhsili-şan etmiş,Birin meydani-qovğadə ədu tirə nişan etmiş,Bu millət qəhrəmani nəfsdə mövtün əyan etmiş,"Vətən! Ah, ey vətən!" əlfazi ilə tərki-can etmiş.
Ayıl, ey xabə dalmış, ölmə istibdad altında!Ölürsən öl yenə bir şanlı, ali ad altında!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-serareyi-ruh
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhneyi-İranı döndərdin bəla səhrasına,Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına?
Məhbubeyi-ruh – Mənfureyi-ruh və mükalimələriMəhbubeyi-ruhFitrətən mən sevimli bir gözələm,
Milli nəğmələrEy bağı-vətəndə açılan tazə nihalan!Şamü səhər olmaq gərək ürfanə şitaban.
Mizani-əqvamBir ləhzə açıb dideyi-insafü mürüvvət,Qıl aləmi səncideyi-mizani-həqiqət.