Mürəbbə: Ey gözəllər şahı, şux-u nazənin
Ey gözəllər şahı, şux-u nazənin,Yetişib hökmün kül cahanə.Bilirsən necə yaxşı yaraşırZərəfşan kəmər incə miyanə.
Gəlməyib dünyaya sən kimi dilbər,Gülbərg ləblərin yaquta bənzər,Dolanım başına, ey pəri-peykər,Zülfünə səhərlər eyləmə şanə.
Pərişan tellərin aldı qərarım,Mayılam hüsnünə, sevgili yarım,Çeşmi-siyahımsan, lalə üzarım,Olaym heyran sən kimi cana.
Şahbaz-ı aləmsən, mən səni biləm,Düşübən topraqa yolqədə olam,Danəyi-xalına qurbanı olam,Qəbul eylə sən şah-ı zamanə.
Cəmalın artıq şəms-ü qəmərdən,Yolqədə keçmişəm canilə sərdən,Biçarə (Kərim)i salma nəzərdən,Əgərçə kafirəm, gəldim imanə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrim-kerim-murebbe-ey-gozeller-sahi-sux-u-nazenin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Təcnis: Səhər dost zülfünə şanə çəkəndəSəhər dost zülfünə şanə çəkəndəYayılar aləmə abular bular.
YetişsəmEylərəm varımı cümlə təsdiq,Mələk mənzər o sultana yetişsəm.
Təcnis: Səhər-səhər günəş pərtov salandaSəhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
Стихи других поэтов · О любви
Nə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,