Molla Əli, sənə olsun mübarək.
Şairliyin “qul uhiyə təbarək”*
“Ya əyyühəl müzəmmilü müdsir”**
Qənim olsun sənə bəndeyi-kafir.
Sənsən bu gün kəffarətül kafirun,
Unudubsan “və iləyhi türcəun***
İşpiyonluq binasını qoyubsan,
Şeytani-məridə əcəb uyubsan.
Məndən xudavəndə qeybət edirsən,
Özün guya sabah Həccə gedirsən.
Paşa qətlin, balam, şəhri-Nəcəfdə,
Mənmi dandım, yoxsa sən, keçən həftə?
Şamaxıda neftin küpdən daşmağın
Seyid Hüseyn ayağından başmağın
Çıxardıban ayaq yalın bir dəstə
Mürid ilə gedib haman küp üstə,
Öz sarığın neftə bulaşdırmağın,
Mənmi dandım, yoxsa sən, ey süxənçin?
Sən deyildin məgər karvansarada
Çirağbanə mane olub orada
Xalqa deyən: bica sərf etməyin pul,
Bu işlərdən olmaz xeyirli bir yol?
Neçün olmaz, balam, getdin meraca
Peyğəmbər eylədi fərz hüccaca.
Onun ərşdən dar durur yolu,
Çirağbandan neçün olmur bir pulu?
Sənin fikrin budur ki, xəlqi-tarı,
Yol tapsınlar ancaq üz həccə sarı.
Xeyr ilə nəhsi qoy məqamə, balam,
Sən get, bir də Ağa Rəsul, vəssalam!


Yenə insü cin arasında bu nə qarışıqlıqdır?!
Sanki, mərsiyəxanın yemindən bir-iki batman əskikdir.
Onun pul üçün etdiyi fəryad, bizim dünyada,
Sur çalınmadan göyün ən yüksək qatına çatmışdır.
Eyvay, pul istəiyr. Ona görə də indi
Dünyanın hər yerində şuluqluqdur.
Onun təməkarlığından tək biz fəğan etmirik.
Bütün mələklərin başı qəm dizindədir.
Bir tərəfdən qıtlıq və aclıq,
Bir tərəfdən molla həyəcan salmışdır, – iş hər
yerdə pozğundur.
Hər ölkədə, xüsusən, bəla ilə dolu İranda,
Bu dilənçi adətli tayfanın əlindən yasdır.
O dünyada bir dəfə qiyamət olar.
Bu tayfanın üzündən bizə hər məhərrəm ayı qiyamətdir


Onların təqlidi, elmi bərbad etdi.
Ax, bu təqlidə iki yüz lənət olsun!
Cəhaləti ictihad bizim qapımza gətirdi,
Ey ağıllı, ictihaddan qaç!
Dünyanın bütün bu qorxusu və qovğası,
Bütün iranlıların ixtilafları,
Həm təqliddəndir, həm ictihaddan.
Sinəmizi çak edib, hər ikisindən dad çəkirik.
Təqlid etmək bizə eyb olsun,
Xüsusi ilə eşşək təbiətli (hud)un təqlidi.


Mən ad və şöhrət axtararaq
Behiştin hurisindən vaz keçdim.

**
Nə üçün hər gün “vəzəvvicni” oxuyursan?
Çətin ki, huridən kam alasan.
Mən könlümü çərən-pərənə bağlamadım;
Namaz və orucun əziyyətindən zəhləm gedir.
Mərifət aləminə qədəm qoy!
Bu sənin üçün huriyə çatmaqdan yaxşıdır.
O, ağıllıların ruhunun ləzzətidir.
Bu, cahillərin nəfsinin ləzzətidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

A.P.Berjeyə

21 oktyabr 1876, Tiflis*Pərəstiş etdiyim Adolf Petroviç!

1 мин
Həsən bəyə

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy!**Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.

18773 мин
Aleksandr Qriqoryeviçə

Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç!Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.

3 мин
Həsən bəy

Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!

7 мин

Стихи других поэтов