21 oktyabr 1876, Tiflis

Pərəstiş etdiyim Adolf Petroviç!

Mən sizin töhmətinizi almaq şərəfinə nail oldum. Fars şeri ilə desəm: “Sevgilinin dilindən söyüş eşitmək də xoşdur”. Mən elə bildim ki, Vaqifin astrologiya macərasını sizə təfsilatı ilə yazmaqla məktub yazmaq borcumu yerinə yetirmiş oluram. Görünür, yanılmışam, gərək sizə xüsusi bir məktub da göndərəydim, həm də ona görə ki, siz öz məktubunuzla məni yad etmişdiniz. Amma qoy xidmətlərim – hər həftə tatar (Azərbaycan – H.M.) şairlərindən tərcümələri onların tərcümeyihalı ilə birgə sizə göndərməyim mənim günahımı yusun.

Biz hamımız sağ-səlamətik. Mənim hörmətli dostum Vasili Semyonoviç səylə arxiv işlərini nəzərdən keçirməkdədir və inanıram ki, sizin yeni ildən yeddinci cildi başlamağınız üçün imkan yaranacaqdır.

Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseynin bu gün tatar (Azərbaycan – H.M.) dilində göndərməli olduğu mətni tərcümə etməyə başlayacağam.

Qulluğunuzda hazır olan müxlisiniz,
Sizin Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов