Nəsirül-mülk Mahmud xana məktub
Nasirül-mülk Mahmud xana yazılmış məktubun surəti
Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız.
Bu əlifba məsələsi çox böyük bir məsələ olmuşdur. Bu gün o xüsusda dünyanın hər tərəfindən və hər ölkədən kitabçalar və məktublar gəlir. Qəzetlər onları dərc edir. Çox ümid edirəm ki, yüksək nəsəbli cənabınız mənim xahişimi qəbul edərək, ixlasımı bildirən bu məktubun cavabını haman məsələyə dair öz rəyinizlə birlikdə dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın.
Səadətli qardaşınız Əmanulla xana mənim tərəfimdən çoxlu salam yetirmənizi xahiş edirəm.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
Sentyabr ayı, 1868-ci il
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-nesirul-mulk-mahmud-xana-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
[Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır]**Mənim əziz ağam, səadətiniz daimi olsun!
Mirzə Əbdülvahab xanaNaibül-vəzarə Mirzə Əbdülvahab xan cənablarına Mirzə Fətəli tərəfindən yazılmış məktubun surəti**Şəniyüksək və əzəmətli ağam, səadətiniz daimi olsun!
ŞərtnaməBu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir:1. Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır.
ŞərtnaməBirinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir.Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,