Mirzə Mustafaya
Gözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin!
Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm.
Mənim sizə birinci nəsihətim budur ki, bütün iş-gücünüzdən əl çəkib, üç il tamam, ara vermədən, mümkün olan bütün vasitələrlə fransız dilində biliyinizi mükəmməlləşdirməklə məşğul olasınız ki, ancaq bundan sonra dünyanın nə olduğunu görəcək və öz ömrünüzdən bəhrə götürəcəksiniz. Siz hələ gəncsiniz. Bu yaşda dil öyrənmək tamamilə mümkündür. Ancaq buna hümmət lazımdır.
İkinci – əziz qardaşım Mirzə Əlinağı dadaşa yazın ki, mənimlə tanış olmuşsunuz, məktublaşırsınız və mən öz şəklimi sizə göndərmişəm. Mənim dilimdən də ona salam yetirin və hər vaxt ondan cavab gələrsə, mənə bildirin!
Üçüncü – kafirliyi və xəbərsizliyi özünüzə din və əqidə kimi qəbul etməyin! Kafirlik, yəni haqqı inkar etmək, xəbərsizlik, yəni qəflətdə olmaqdır. Bunların hər ikisi mənim zövqümə və məsləkimə zidd olan şeylərdir. İnsan nə haqqı inkar etməli, nə də mərifət aləmindən bixəbər olmalıdır. “Xəbərsizlik aləmi – qəribə behiştdir” deyənlər cəfəng danışmışlar. Ata-babaların məzhəbindən qaçmağın da lüzumu yoxdur. Zahirdə öz həmməzhəblərimizlə qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq.
Dördüncü – yazmışsınız ki, sərkar dadaşın nəfəsindən siz də pay almışsınız və həm də əvvəldən də sanki qəlb eviniz ürfan nurundan xali olmamışdır. Buna görə də sizi imtahan etmək istəyirəm və Mollayi- Ruminin bu iki beytini izah etməyi sizdən tələb edirəm. Əlbəttə, nə cür anlasanız, o cür də yazıb göndərin. Beytlər bunlardır:
“Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa ilə
Musa müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə
çatdılar, Musa Firounla barışdı”.
Beşinci – Təbriz ziyalılarından hər kəsə rast gəlsəniz, deyin ki, islam xalqlarının əlifbası nöqsanlıdır və müsəlman xalqlarında oxumağı çətinləşdirən əsas səbəb də bu uğursuz əlifbadır. Bu zalım əlifbanın sayəsindədir ki, seçmə fərdlərdən başqa bütün müsəlman xalqları savaddan məhrumdurlar. Bu əlifba mütləq dəyişdirilməlidir və dəyişdirilmə yolu da bunlardır:
Birinci, sözlərin tərkibindəki bitişik hərflər bitişməz hərflərlə əvəz edilməlidir. Yəni hər bir hərfin həm kəlmənin əvvəlində, həm ortasında, həm axırında, həm də ayrılıqda dörd cür şəkli deyil, təkcə vahid bir şəkli olmalıdır. Məsələn, hərfi kəlmənin başında, ortasında, axırında
şəklində, ayrıca yazılanda isə şəklində yazılırsa, bu dörd şəkil əvəzinə ancaq bircə vahid şəkil olmalıdır.
İkinci, sait hərflər, yəni hərəkələr, məsələn, – fəthə, zəmmə və kəsrə başqa xalqların yazılarında olduğu kimi, samit hərflərin sırasında, yəni yanında yazılmalıdır ki, uşaqlar onları gözü ilə görsün və qiraətdə səhvə yol verməsinlər.
Üçüncü, yazının gec yazılmasına və sözlərin qarışıq düşməsinə səbəb olan nöqtələr tamamilə hərflərdən atılmalıdır. Hazırda uşaq bilmir ki, bu söz, yəni (bənat) qızlardır və ya (nəbat) yəni otlardır. Və ya
kəlməsi; (nəbi) yəni peyğəmbərdir və ya (bəni) yəni övladdır. Gərək hər bir hərf öz xüsusi şəkli ilə başqa hərfdən seçilsin. Hərəkələr öz xüsusi şəkilləri ilə yazılmazsa, qarşıda yüz cür çətinlik və əngəl duracaqdır. Məsələn, uşaq bu sözü bilmir ki, (kərd), yəni fel – etdi oxusun, (kord), yəni pəhləvan oxusun, (gərd), yəni toz və ya
(gerd), yəni dövrə (kürd), yəni kürdlərin təklik halı kimi oxusun.
Misal üçün üç kəlmə yazıram: ‘ ‘
Qoy xəttatlar yığışıb bir məclis qursunlar, samit və sait hərflər üçün yeni şəkillər ixtira edib, təzə bir əlifba yaratsınlar; islam xalqını bədbəxtlikdən xilas edib, dünyada əbədi və ölməz bir ad qoysunlar!
Sizi görmək şövqündə olan
Mirzə Fətəli
1876-cı il Qocur yaylağı
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-mustafaya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.
[Həkimi-ingilis Yuma cavab]Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir.Məsələ budur:
[Molla Ələkbərlə mübahisə]Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti.*Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək
“Yek kəlmə” haqqındaTəbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir.*Əzizim!
Стихи других поэтов
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,