Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti.

Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək

+

məqsədi ilə olunan ibadət batildir”.

Ğəzali də “Ehyaül-ülum”da demişdir ki: “İxlas, bəndənin ibadət vaxtında bütün həzz və arzuları unutmasından ibarətdir”.

Bəhai ilə Ğəzalinin hər ikisinin sözlərinin mə’nası, “Bizi əlindən qəzəbləndiyin azmış adamların yolu ilə deyil, düz yol ilə, ne’mətini gözlədiyin adamların yolu ilə apar” ayəsinin və qunut duası olan: “Ey Allahımız, dünya və axirətdə bizə yaxşılıq ver və bizi cəhənnəm əzabından saxla” ayəsinin mə’nasına ziddir; çünki hər iki ayədəki məqsəd şəxsi mənfəəti güdmək və zərəri özündən dəf’ etməyi tələb etməkdir.

O səbəbə görə də, biz “Əlhəmd”də Allahın qəzəbinə tutulanları deyil, salehləri o yola çatdırdığı kimi ne’mətə yetişdirəcək və qəzəbdən xilas edəcək yola çatmamızı istəyirik. Qunut duasında da dünya və axirətdə yaxşılığı və cəhənnəm əzabından qurtulmağı istəyirik. Bu təqdirdə Bəhainin və Ğəzalinin dediklərinə görə bəndələrin ibadətinin batilliyi aydıncasına sübuta yetir və eyni surətlə bu, imam əleyhissəlamın sözünə görə də batil olur; çünki ibadət edən, günahına görə deyil, ibadətinə görə həlak olur, o livat və zina etmir, bəlkə Allah üçün ibadət edir; buna görə də o, abid ləqəbini almışdır. Bu surətlə, həlak olmasına da başqa səbəb yoxdur.

Aya, bu bizlərə gecə-gündüz namaz qılmağı və hər il ramazan ayını oruc tutmağı əmr edən şəriətçilərlə yuxarıda zikr edilən hükəmanın rə’yləri arasında ziddiyyət deyil, bəs nədir? Burada hükəmadan məqsədimiz Bəhai, Ğəzali və imam əleyhissəlam, şəriətçilərdən də məqsədimiz Axund Molla Ələkbər və onun kimilərdir. Münaqişə və mübahisə etdiyimiz məsələnin bəyanını asanlaşdırmaq üçün ona vacib olur ki, ya bu ziddiyyəti qəti dəlillər ilə rədd etsin və ya ixlas və Allah rizası üçün olmayan namaz və oruc kimi faydasız ibadətləri bizə təklif etməsin. Necə ki, bu vəziyyətin varlığı ilə mən bir hakimi, mərhəmətlərinə tamah edərək və qəhrindən qorxaraq mədh etsəm, ixlaskar olmaram.

Əgər Axund Molla Ələkbər ziddiyyəti rəf’ edəcək sübutlar gətirməkdə aciz qalıb, bununla bərabər bizə oruc və namaz təklif etməkdə israr edərsə, qətiyyən ona itaət etməyəcəyik.

Zarafatı başqa vaxta qoyuram. Vallah, dini işimizdə sözüaçıq olmaq üçün bu çətin məsələni düşünmək və bu iki müxtəlif halın arasındakı ziddiyyəti qaldırmağa çalışmaq mənə və idarə sədri şeyxül-islama qəti surətdə lazımdır. Çünki onlardakı ziddiyyət zehnlərə aydındır. Bununla bərabər bunu başqa bir yol ilə bəyan etməyə ehtiyac yoxdur. Hər bir düşüncəli adam bir az fikirləşsə, onu anlar.

Əgər Axund Molla Ələkbər “burada imamın ibadət edəndən məqsədi Allaha saf ürəklə ibadət etməyib riya ilə ibadət edənlərdir” desə, biz də deyərik ki: əgər imamın sözü xüsusiliyi ifadə etsəydi, sənin sözün doğru olardı, halbuki bunun xilafına olaraq ümumiliyi ifadə edir.

Əgər ruhanilik idarəsinin əhkamına əməl etmək barəsində şə’şəəli Rusiya dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin həlli üçün Kərbəla alimlərinə müraciət edərdim; çünki onlar müctəhiddirlər və xalq da onlara təqlid edir.

Təqlidçi kimdir?

Təqlidçi müctəhidin əmr etdiyi loğmaları – istər ləzzətli xörək loğmaları olsun, istərsə sarı bəlğəm olsun – çeynəmədən udmağa məcbur olan şəxsdir.

Ey mö’minlərlər, qəflət yuxusundan ayılın, bəlkə nəcat tapasınız; çünki sizin dörd tərəfinizdəki qonşularınızx oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət qaranlığında qalıb köləlik bağı ilə bağlı və azadlıq ne’mətlərindən məhrumsunuz.

Bunu da biliniz ki, bu iki müxtəlif halın arasında ziddiyyəti qaldırmaq, o hükəmanın sözünə olan ixlasın mütləqa inkarına, ya da ibadətin vacib olmasındakı nəssi tərk ilə namaz və orucu inkar etməyə bağlıdır. Bu hal iki cəhətdən də çətin işlərdəndir.

Əgər bu iki tərəfin birinin qəbulunda mənə ixtiyar versəydiniz, mən ikinci tərəfi qəbul edib oruc və namazı tərk edərdim, fəqir və yoxsullara ehsan və sədəqə vermək, bütün fisq-fücurdan çəkinmək, aciz və düşgünlərə zülm etməmək şərti ilə Allah-taalaya yalnız ixlas ilə kifayətlənərdim.

Bu, əsrimizdə Firəngistan hükəma və filosoflarının qəbul etdikləri e’tiqaddır. Çünki Allahın bizim ibadət, səcdə və tə’zim etməyimizə ehtiyacı yoxdur. Bunlar ailəmiz və özümüz üçün ruzi qazanmaq vaxtını boş yerə sərf etməkdən başqa bir səmərə verməz. Vəssəlam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü məclis

ДЕЙСТВИЕ ЧЕТВЕРТОЕ(Сцена происходит там-же. Молла-Ибрагим-Халил, в тридцатый день утром, после первого свидания с Нухинцами, замечает вдали едущих Нухинцев и второпях надевает белый передник, засучивает рукава, в простом домашнем костюме, без чалмы, выходит из палатки и, стоя перед нею, кличет своего ученика Молла-Гамида; тот является и получает от него следующия приказания).

18506 мин
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur

Действующия лица:МУСЬЕ ЖОРДАН, ботаник, Парижанин, 40 лет.

18501 мин
Birinci məclis

ДЕЙСТВИЕ ПЕРВОЕ(Сцена происходит в Карабаге в 1848 году, в зимнем кочевье Такле-Муганлу. Шараф-Ниса-Ханум, во 2-й комнате дома чешет шерсть и плачет; возле нея младшая сестра Гюльчегре играет.)

18507 мин
İkinci məclis

ДЕЙСТВИЕ ВТОРОЕ(Сцена происходит в тот же день в первой комнате дома. На полу постланы паласы и ковры; в одном углу лежат мешки с мукою, в другом бурдюки с маслом, в третьем чемоданы с шерстью. В сакле сидят: Гатам-Хан-Ага; жена его Шахрабану-Ханум, закрыв нижнюю часть лица своего и подняв колено; Шахбаз-Бек, облокотившись на рукоятку кинжала; мусье Жордан, на чемодане, скрестивши ноги и куря сигару. За паласным занавесом, повешенным пред постелью, скрывается Шараф-Ниса-Ханум, пришедшая туда с целию подслушать разговор их.)

18508 мин

Стихи других поэтов