Getdi
Bilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.Oynatdı qaşını, süzdü gözünü,Mənə oğrun-oğrun baxdı da getdi.
Şikarım uçurdum tuta bilmədim,Ceyrana oxumu ata bilmədim,Yüyürdüm, yüyürdüm, çata bilmedim,Atamın evini yıxdı da getdi.
Dostuna demədi o sir sözünü,Hüseyndən kənara tutdu üzünü,Çatdı qəmzəsini, süzdü gözünü,Müjganın sinəmə, çaxdı da getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-getdi
Клавиши ← → для перехода, R — случайное стихотворение