Başına döndüyüm, alagöz Pəri!İnsaf eylə bizə sarı gəl, sarı.Leyli-nahar1 həsrətini çəkməkdən,Gül rəngim olubdu sarı, gəl, sarı.

Səninlə gedərdim Təbrizdə bağa,Qışda ağ otağa, yayda yaylağa,İndi mən öləndə özün bük ağa,Zülfünə tabutum sarı, gəl, sarı.

Canım qurban olsun həmişə mərdə,Ay yaradan, fürsət vermə namərdə!Abbası salıbsan bulunmaz dərdə,Dərmanı özündə sarı, gəl, sarı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов