Gənc xanəndəmiz Bülbülə

Nədir, nədir o gözəl səsdə titrəyən fəryad,Ki, hər təranəsi ruhumda min fəğan oyadır?O inləyişlər, aman, kimdən istəyir imdadKi, qəlbimin içini hey zaman-zaman qanadır?

Neçin, neçin dodağından uçan fəğanlardanİçimdə dalğalanır ən acıqlı duyğu, kədər?Neçin, neçin o səni inlədən “amanlar”danGözümdə kölgələnir bir yığın səfil üzlər!Neçin, neçin o fəğanlar, “amanlar”, gəl, anlat,Bəlalı Şərqin o keçmiş kədər və matəmimi?O inlədən səni də qəlbə od vuran qəmimi?

Unut o keçmişi, hayqırma, bitsin əfğanlar,Bir az da gurlasın artıq səsində üsyanlar,Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов