Hər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,Hər kəsin bir eşqi, bir ilahı var,Bənim tanrım gözəllikdir, sevgidir.

Həzz etmədim firqədən, cəmiyyətdən,Zevq alamam hərbdən, siyasətdən,Bir şey duymam fəlsəfədən, hikmətdən,Bənim ruhum gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;Sevgi xoşdur, sonu fəryad olsa da;Uğrunda bənliyim bərbad olsa da,Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,Sevgisiz bir başda əqrəblər gəzər,Nə görsəm, hanki bəzmə etsəm güzər,Həp duyduğum gözəllikdir, sevgidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tiflisdə “İttifaq” məktəbi

1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?

2 мин
“İttifaq” məktəbinə bir nəzər

“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.

1 мин
Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!

9 мин
M.Qurbanəli Şərifzadə

NekroloqSəmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.

3 мин

Стихи других поэтов · О любви