Bilməm kimə?
Çocuqluğumda eşitmişdim eşqin atəşi var,Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.Bu incə söz o zaman pək tühaf gəlirdi bana,Gülümsəyib də diyordum: zavallı insanlar!Nasıl da hər sözə bel bağlayıb da aldanıyor?Nədən bu eşq, əcaba, xalqı eyləsin bizar!Bu yolda yansa da, qəhr olsa kimsə dönməz imiş!?Demək, bu öylə bir əfsanədir ki, əfsunkar!Şu sirri duymaq için uyqusuz qalıb, gecələrDüşüncə ruhumu əzdikcə eylədim israr...Şu vəqədən nə qədər keçdi bilmədim, bir günÖnümdə ərzi-vücüd etdi bir mələkrüxsar.Baqıb-baqıb duruyorkən sitəmli gözlərinə,Yaşardı gözlərim, oldum o gündən eşqə düçar.O gündən iştə bütün bənliyim əsir olaraq,Onun xəyali-bədiiylə bir təsəlli arar.Fəqət o nazlı mələk kimdi? Of, bilməm ki!O bir pəriyyi-səmavidi: şuxü cazibədar.Sən!.. Ah, əvət, o pəriçöhrə nazənin sən idin,Səninlə ruhuma ilham olundu həp əsrar.Nə var ki, bilməm o şahin baxışlı gözlərdə,Gəlincə xatirə qəlbimdə bin cərihə açar.Könül, bəlalı könül yadi-həsrətinlə sənin,Gözəl mələk, gecə-gündüz yanar, yanar, sızlar.Cihanda hər nə gözəllik təsadüf etsə bana,Gözüm fəqət səni izlər, səninlə nəşə duyar.Sən olmasan verəməzdim bən eşqə bir məna,Bu yolda sən bana rəhbərsin, eyləməm inkar.Bu yolda həp bana təlqini-hiss edən sənsin,Könül fəqət səni sevməkdə bir səadət umar.Əsiri-eşqini lakin unutma, insaf et!O bir təbəssümə qane... o bir xəyalə qoşar.Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı odur,Yaşarsa bir könül, az-çoq xəyal içində yaşar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-bilmem-kime
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Оглушенный, я поддался крику сердца моего —И, влюбленный, кроме боли, я не видел ничего.
Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanəHər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Hərb ilahi qarşısındaО месть, искрящая на огненных крылах,О ты, богиня войн, дракон нещадно злой,
Стихи других поэтов · О любви
Yaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.