Fidan
Ağacların arasında ulu, sağlam bir kötük,Ağır, kəskin baltalarla qol-qanadı qırılmış,Tufanlarla çarpışaraq qalib gəlmiş, yorulmuş,Zədələnmiş və ixtiyar şaxları qalmış tək-tük.
O şaxların damarında, kökündəki əsalət,Şanlı keçmiş tarixini anladır; hər qol-budaqSevə-sevə kölgəsində bəsləmişdir bir oymaq,İndi artıq qocalmışdır, qalmamış köhnə qüvvət.
Yaşlı kötük keçmişiylə əsla deyildir məğrur.Kötüyündən cücərməkdə olan bir çox fidanaMəğrur baxışlarla baxır, qanad gərir hər yana,Ürəyində gələcəyə şanlı ümidlər doğur.Bu fidanlar uca, sağlam ağac olar bir zaman,Kölgəsində çox fidanlar boy atar cərgə-cərgə.Fırtınadan, tufanlardan sən bunları əsirgə,Ey qüdrətin canlı əli, sən ey tarix, ey zaman!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-fidan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yeddinci şəkilSəhnə Tərtər çayı sahilində İskəndərin ordugahını və çadırlarını təsvir edir.*
Dördüncü pərdəSəkkizinci şəkilNüşabənin sarayı. Nüşabə pəncərə*
Beşinci pərdəDoqquzuncu şəkilTərtər çayı sahilində geniş bir açıqlıq. Ətrafda iri, seyrək ağaclar. İskəndərin çadırı*
ƏdhəmDağın döşündə qaralmaqda bir aul; o gözəlVə şən mühiti bəzər yamyaşıl uca məşəl.