Ot-ələfsiz bir çöl idi, qorxunc, dəhşətli zülmətQapamışdı hər tərəfi, hökm edirdi fəlakət.Cavan, qoca, kişi, arvad o çöldə heyran-heyran,Səfil-səfil dolaşırdı, boynubükük, pərişan.Bürümüşdü o səhranı gurultulu səs-səmir,Sanki vəhşi yırtıcılar bir-birini gəmirir.Sağda açmışdır ağzını uçurumlu bir dərə,Qızları, ac nəhəng kimi, udur göz görə-görə.Solda isə ürəkaçan yaşıl, sevimli çəmən,Çiçək açmış: zanbaq, bənövşə, qızılgül, yasəmən.Günəş qızıl tellərini o çəmənə saçmışdı,Təbiət min çeşid canlı mənzərələr açmışdı.Sağ əlində, gözəl bir qız, tutmuş idi al bayraq.Gözlərini o, qaranlıq çölə dikmişdi ancaq.Qız bayrağı sallayaraq uca səslə bağırdı,Səhradakı insanları o çəmənə çağırdı.Hamı sanki kar olmuşdu, yox idi bir eşidən,Ona yalnız öz səsiydi cavab verən dərədən.Yavaş-yavaş o dərədən aydın bir nur parladı,Zülmət saçan o çölləri günəşə ismarladı.Böyük-kiçik aydınlığa axışdı birdən-birə,Yollarını kəsdi ancaq uçurumlu o dərə.Dərə ucundan həsrətlə baxırdılar çəmənə,Gözəl səsli bülbüllərə, zanbağa, yasəmənə.Sonra nə oldu, bilmədim, bir az eylədim diqqət,Çəmənliyə doğru, gördüm, axışırdı cəmaət.Nura boyanmış gözəl qız uzadaraq əlini,O qaranlıq uçurumdan qurtarır qız-gəlini.Diqqət ilə bir də baxdım, görüncə nurlu qızı,Sevdim onu, bir də ona ad qoydum “Dan ulduzu”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səkkizinci fəsil

IElçi və nişan məsələsi bir-birini o qədər sürətlə təqib etmişdi ki, Almas qaranlıqda yol azmış yolçu kimi nə edəcəyini bilmirdi. Daxilindəki müdhiş fırtınanın dalğaları onun lətif simasına, iri, qara gözlərinin saf parıltısına donuq bir rəng vermişdi, ləkəsiz qəlbi iztirablar içində çırpınırdı. Dərdlərini açacaq, kədərlərinə şərik olacaq bir nəfər tapmırdı. Hətta bütün dərdlərindən xəbərdar olan, hər zaman ona güvənərək arxalandığı anası belə bu gün ona qarşı tamamilə laqeyd görünərək, büsbütün dəyişilmişdi. Almas bu gün öz ailəsi içərisində yalqız və kimsəsizdi. Qəlbi kimi sevdiyi Poladdan ayrılmaq ona hər şeydən ağır görünürdü. Poladın onu sevdiyini, uşaqlıqda keçirdikləri o şən və qayğısız günləri, atasının Poladı təhqir edib həyətdən qovduğunu, Varisə getməklə sevgilisi Poladın qəlbində dərin və sağalmaz bir yara açacağını düşündükcə ürəyi yerindən oynayırdı. Bunları xatırlayınca ürəyində acı bir ağrı hiss etdi. Həmin ağrının üzücü yorğunluğu ilə yerindən qalxdı. Son bir ümid, son bir çarə düşünmüşdü. Bibisi Rəxşəndənin yanına gedəcək, qızı Dilguşa vasitəsi ilə əhvalatı ona başa salacaq, yalvarıb-yaxaracaqdı. Bibisi Rəxşəndə qardaşı Əlisəfanı qandıracaq, yanında ağlayıb-sıtqayaraq qardaşının daş ürəyini yumşaldacaq, beləliklə Almas istəyinə çatacaqdı. Bu şirin düşüncələr sadədil Alması cığırından çıxardı. O, qapının ağzından anasına:

193623 мин
Doqquzuncu fəsil

ITəbiət, yorğan kimi üstünə çəkmiş olduğu qaranlıq, tutqun buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çarparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər qumlu sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:

193629 мин
Danışan kukla

İki pərdəli uşaqlara məxsus dramMəclisəhli

19131 мин
Birinci pərdə

Əhvalat padşahın sarayında vaqe olur.*Xidmətçi**. Şahzadə xanımın əhvalı necədir?

19134 мин

Стихи других поэтов · О природе