Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.Göy üzü güzgü tək saf olan çağlar,Çiçəyin tək ulduzları görəydim.

Gün çıxıb hər yana nur yayılanda,Şeh salmış damcılar dürr sayılanda,Bülbüllər çırpınıb, gül ayılandaGəzəydim üstündə, lalə dərəydim.

Gümüş tək parlayan şiş qayaların,Dibindən qaynayan soyuq suların,Gözündə əllərin yuyan qızlannDərdiyim gülləri yoluna sərəydim.

Qalxaydım bir də mən çənli bellərə,Baxaydım doyunca yaşıl göllərə,Günlüklü lilpara, çılpaq çöllərə,Dərəydim, sonrakın zənbil hörəydim.

Dağlar toy eyləyib mağar salanda,Çiçəklər oynayıb, quşlar çalanda,Naxırlı, ilxılı el yığılandaBoynuna salmağa qolum gərəydim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе