Var
Yaralı gəlmişəm fani dünyaya,Mənim sağalmağa dərmanımmı var?Əzrayil gələcək canım almağa,Onu verməməyə fərmanımmı var?
Sana qurban olum, a mehribanım,Bu qəmü möhnətə necə dayanım?Kim bilə dərdimi, kim kəsə yanımMənim Ələsgərim, Qurbanımmı var?
Mənim ahım ərzü səmanı tutar,Sən məni eylədin Sənandan betər.Bu hicran odundan İmanı qurtar,Yolunda sadağa bir canımmı var?
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-var
Клавиши ← → для перехода, R — случайное стихотворение