Xəllaqi-möhtərəm, şahi-zülkərəm,Bu uzun gecəni tez sabah eylə.Dağıt üstümüzdən çəni, dumanı,Şöləyi-münəvvər şəmsü mah eylə.

Kərəm qalıb desən yazıqdı onlar,Təqdiri-qəzaya baş qoyub qollar.Şəms eylə hər yandan, görünsün yollar,Viranə şəhrini bizə agah eylə.

İlahi, rəhm eylə İman qəmkeşə,Sözdən gərək mətləb çıxa, həm nəşə.Səndən mətləb istəmirəm həmişə,Duamı müstəcəb gahbagah eylə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов