Burada bir səyyadın tor bənası var,Cəhd eylər, dəstinin tərlanı gəlsin.Cavandı, sərinin eşq havası var,Xəstədir, dərdinin dərmanı gəlsin.

Çəkilib qəlbinə ağ üstdən qara,Dağlar maralı tək düşübdü dara,Qəza xədəngindən yetişib yara,Sağalmaz, ha təbib, loğmanı gəlsin.

Dolanıb zimistan, gəlib nobahar,Gülşənə yağdırır dolu, boran, qar.Kim desə fələkdən dildə yaram var,Açmağa dəftəri-İmanı gəlsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе