Bir gün
Könül, ara dostlarını,O da səni gəzər bir gün.İki mirqəzəb əyləşib,Xeyir-şəri yazar bir gün.
Ey yükü tunc olan kimsə,Nağdısı verc olan kimsə,Nütfədən kəc olan kimsə,Doğru yoldan azar bir gün.
Yazıq Musa eylər dilək,Bu qəm bizi qoymaz gülək.Demədimmi çarxı-fələkBu dövranı pozar bir gün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-bir-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение