Maral
Mən səni görəndən bəriHalım pərişandı, Maral!Ləblərin şəhdi-şəkər,Xəstəyə dərmandı, Maral!Açılıb qoynun içi,Bağı-gülüstandı, Maral!Pərvanə cismin oduna,Alışıban yandı, Maral!Dərdbilməz naqis dedi,Dərdbilən inandı, Maral!
Ala gözlərin görəndə,Oldum mehriban sənə mən.Gəl əyləş məclisimdə,Eləyim dövran sənə mən.Bir saat otağındaOlaydım mehman sənə mən.İxtiyar özündədi,Nə deyim qurban sənə mən.Qıymıram mal deməyə,Can sənə qurbandı, Maral!
Kərəmi belə etdiniz,Döndü İsaya, bəsdimi!?Məscidi tərk elədi,Girdi kilsaya, bəsdimi!?Ağladı, dəxil düşdü,Turi-Səmaya, bəsdimi!?Quranı atdı oda,Yandırdı aya, bəsdimi!?Zülüm ərşə dirək olduAsmana dayandı, Maral!
Lənət gəlsin Keşişə,Aləmdə bir səs elədi.İki sevgini bir-birdənAyırdı, əbəs elədi.Qız getdi, o vermədi,Övladıynan bəhs elədi.Çəkdi din təsibini,Kərəmə qisas elədi.Haqq özü qisas qoymaz,Ədalət divandı, Maral!
Sən bir tərsa qızısan,Əlif qəddim dal elədin.Yıxdın könlümün sarayın.Gör necə xəyal elədin.Şəfa üçün mən xəstəyəLəblərini bal elədin.Göyçəli Aşıq MusanıDərdindən abdal elədin.Əl mənim ətək sənin,Ölürəm, amandı, Maral!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-maral
Клавиши ← → для перехода, R — случайное стихотворение