Camalın görəndən bəriOlmuşam divana, Gilas!Siyah telin ay qabaqdaGör nə əsir yana, Gilas!Zülfünün bircə muyuDəyər bu cahana, Gilas!Üzün görüb ayrı düşənQalır yana-yana, Gilas!Sallanışın xanım kimiLayiqsən sultana, Gilas!

İlahi bir xəlq eləyib,Sənin kimi gözəl hanı?!Qadirbilən qiymət verər,Ay qız, sənsən gövhər kanı.Endirib saya salmadınAğanı, paşanı, xanı.Qıya baxdın, canım aldın,Xəstə etdin mən cavanı,Dağıtdın könlüm şəhrini,Elədin viran, a Gilas!

Musa tərifini desin,Eşidən eləsin əzbər.Camalını hər kim görsə,Yəqin olar sinədəftər.Hurimisən, pərimisən,Demək olmaz sənə bəşər.Buxaqından ətir gəlirHesab elə müşkü ənbər.Xəstələrə şəfa verər,Eləyər cavan, a Gilas!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов