Qaşlarının tağınıBənzətdim kamana, Pəri!Bəşərliyinə təəccübəm,Düşmüşəm gümana, Pəri!Hanı bizim bu mahaldaSənin kimi can, a Pəri!Molla, Seyid görsə üzünGüc verər imana, Pəri!Bir görüşən, ayrı düşənÇəkər əlaman, a Pəri!

Bu gözəl peyda olubAzəribaycanda təzə,Afərin zənburuna,Bal bəsləyib şanda təzə.Mələklərin camalınıGörürəm insanda təzə.Gəzmişəm, bulmamışamMislin Dağıstanda təzə.Qazax, qırğız, çeçen, çərkəzTelinə heyran, a Pəri!

Mən sənin bərabərinİran, Turanda görmədim.Gəncədə, Qarabağda,Şəki, Şirvanda görmədim.Xoy, Səlmas, Marağa,Təbriz, Tehranda görmədim.Nə ərəbdə, nə əcəmdəNə Alosmanda görmədim.Qarşıya gözəl sürə,Bəlkə, Gürcüstan, a Pəri!

Gələndə yüz nazınanAz qalır ki, canlar ala.Sallanıb sığal verir.Ay qabağa, mah camala.Al yaraşır, şal yaraşır.Gərdəninə qəddü dala.Sən ki qardaşım qızısan,El düşməsin kəc xəyala;Qocaldıb Aşıq MusanıBu çarxı-zamana, Pəri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине