Gəl yetiş
Bir hökmü-xudanın elmin açarı,Nəzər eylə bu cavana, gəl yetiş.Külli–məsəvanın tək şahsuvarı,Dönübdü ciyərim qana, gəl yetiş.
Şiri-pərvərdigar, vəliyyi-rəhman,Cəmi müşgül işə verənsən dərman.Sızıldar cəsədim, gözüm ağlar qan,Qəddim əyib bu zamana, gəl yetiş.
Bir yaralı qulam, düşmənəm çölə,Bülbül kimi həsrət olmuşan gülə.İman deyər, işim dönüb müşgülə,Rəhim eylə mən cavana, gəl yetiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-gel-yetis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Bey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
TərlanTovuz kimi sığal verib özünə,Düzübsən telini qabağa, Tərlan!
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsünNə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.