Ya Əli
Bey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.Babi sər-sər, lohu qələm oldu dünya olmamış,Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli.
Səlli-aləm, mahi-aşkar, zülsətdən var pərdəsi,Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi,Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi,Alışıb yandı şahpəri, oldun fərman, ya Əli.
Yandı sahpər, endi suya, nəhər gəldi yadma,Xaki-kəlam verdi salam, yetişdi muradma,Haqq-taala özü dedi irəhmət ustadma,Hər tərəfdən səda gəldi “Əhsən! Əhsən!”, ya Əli.
Hər kəlmədə tərif edir, Quranda ayət səni,Cəmi aləm övliyadır, yazır əsli zat səni,Həbib özü tərif edir külli vilayət səni,Zahirdə təvəllüdsən, Sirri-Sübhan, ya Əli.
Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım,Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım,Puli-sirat, haqq divandı, ol xudadan köməyim,Vəli sənsən, vəkil sənsən, şiri yəzdan, ya Əli.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-ya-eli-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çərxi-fələk yarıtmadıDövlətdən, vardan məni;
Narın üzə bilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
VermədimXoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,