Yenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.Bir anda kəsdirir, düşmən üstünüQırattək qaçışda çatır ata-at.

Döyüş aparılır nahaq haqqına,Qüdrət Allahındır, girməz haqq qına,Bədəndən ayrılır başlar haqına,Yetiş bu döyüşə, sən də ata at.

Bu nər döyüşüdür, minib Qırata,Tutub yalmanından, yatıbdır ata,Qovur düşmənləri hey ata-ata,Doldur güllələri Əsəd ata, at.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви