Ağlı olan namərd iləƏhdi-ilqar eyləməz;Nəfəsinə tabe olub,Seyri-güzar eyləməz;Mərifətlə səfa sürsə,Beş gün ömrü xoş olar;Ruzi haqdan bərqərardı,Baxtın şikar eyləməz.

Bəxt əyilib, xəyal dönsə,Baxtın, olmaz ilhamın;Ruhun ölər, gözün görməz,Artar dərdü ələmin;Şükür zikrin qəbul etməzXaliqi-rəbbül-aləmin;Etiqadın düz olmasa,Sirrin aşkar eyləməz.

Aşıq Əsəd, xəyal iləGəşt elə, dünyanı gəz;Müxənnətə sirrin vermə,Əsli düz olanı gəz;Zər qədrini zərgər bilər,Mətahın alanı gəz;Hər nadana sözün satma,Qalsa, zərər eyləməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов