Gəda
Eşidəndə bəd xəbəri, sanki dondu bədənim,Nəcəf kimi bir oğulu etdiniz candan, gəda!Bir cavan, mərd igid idi, sınmaz yağı önündə,Sizə də nifrəti vardı, qorxmazdı qandan, gəda!
Mən deyirəm, Nəcəf hələ almamışdı qiymətin,Ağsaqqalın, ustadının qazanmışdı hörmətin.Yusif kimi çox gözəldi, saxlardı düz qamətin,Yeddi dindən dışarısız, yox sizdə vicdan, gəda!
Bizim dində siz kafirsiz, sizin dində bilmirəm nə...Əskiklərin əskiyisiz, insanlığa biganə.Vaxt yetişər, bir gün sizə fələk qurar məhkəmə,Daşnaksütun partiyası çıxıb insanlıqdan, gəda!
Sizi Allah yaratmayıb, insanlıqdan kənarsınız,Tutduğunuz hər bir işi il keçməmiş danarsınız.İmkan olsa sizdə əgər hər xalqı qırarsınız,Allah fürsət verməsin heç, keçəsiz sandan, gəda!
Xaliqim, fürsət vermə qəlbi qara insanlara!Müsəlmanın canları da qurbandır qananlara.Yetişginən insan kimi, tay olma nadanlara,Əsəd deyər, tayınızı yığın hər yandan, gəda!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-esed-geda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Kəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü