Olmasa
Ağlı olan çox danışmaz,Dərdi hazar olmasa;Heç kimsənə xəstə yatmaz,Canda azar olmasa.Axtarıram, yoxdur təbibDərdə dərman eyləyə:Çox çalışmaq əfsanədi,Haqdan nəzər olmasa.
Dərdi olan tüccar kimiYuklə hər yana gedər;Söylər dərdin dərd bilməzə.Özü əfsanə gedər;Axırında Məcnun olub,Bər-biyabana gedər;Qan ağlamaz, sızıldamaz,Canda azar olmasa.
Dərdi olan yad olmasınOl mövlanın dərdindən;Daima əlin çəkməsinMərd igidlər sirrindən.Qəlb əyilsə, bulmaz şəfa,Duman getməz sərindən;Şahi-Mərdan-Şiri-YəzdanDilində car olmasa.
Vaqifin ol gözəllərəTərif büsatı deyim;Ələsgər, Xəstə QasımdaVar etiqadı deyim;Şirin deyib qaya çapdıYazıq Fərhadı deyim;Kərəm oda yanmaz idi,Çeşmi-xumar olmasa.
Aşıq Əsəd xırd eləsinDaim öz mətahını.Həqiqətin, mərifətinGözlə bəndərgahını.Doğru, düzgün, qeyrət iləSaxla dost irahını;Dost dostundan kənar olmazMərdiməzar olmasa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-esed-olmasa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Xəstə Qasım:**O kimdir ki, otuzunda cavandı?
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Ay öpüşən dalğalarSiz qaynar həyatsınız,Nəğməyə qanadsınız.