Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi
Xəstə Qasım:O kimdir ki, otuzunda cavandı?On beşində qocalanı uludu?O nədir ki, dili ayrı, sözü bir?O hansı dəryadı içi doludu?
Ləzgi Əhməd:O aydı ki, otuzunda cavandı,On beşində qocalanı uludu.O qələmdi, dili ayrı, sözü bir,Elm dəryası hər dəryadan doludu.
Xəstə Qasım:O nədir ki, qışda dağlar bürünür?O nədir ki, əl dəyməmiş hörülür?O nədir ki, insana fərz verilir?O nədir ki, o da onun gülüdü?
Ləzgi Əhməd:O qardır ki, qışda dağlar bürünür,O könüldür, məhəbbətlə hörülür,Ölümdü ki, insana fərz verilir,O ilqardı, iman onun gülüdü.
Xəstə Qasım:O nədir ki, haqq yanında nahaqdı?O nədir ki, yerə, göyə dayaqdı?O kimdir ki, yatmayıbdı oyaqdı?Xəstə Qasım hər elmdən halıdı?
Ləzgi Əhməd:Böhtan sözdü, haqq yolunda nahaqdı,Haqq nəzəri yerə, göyə dayaqdı.Haqq özüdü yatmayıbdı, oyaqdı,Bu sirlərdən Ləzgi Əhməd halıdı.
Xəstə Qasım:Mən qurbanam qaşı, gözü qaraya,Təbibimsən, dərman eylə yaraya,Bir səhrada meyid düşsə araya,Mollası olmasa, nə demək gərək?
Ləzgi Əhməd:Bismillahı mən yanımca götürrəm,Yüz zikirnən özüm ona yetirrəm,Mollası yox, təəmimnən götürrəm,Tapşırıb haqqına qayıtmaq gərək.
Xəstə Qasım:Bəlkə səğiri var, nə demək olar?Onun əməyini nə yemək olar?Məhşər günü ona nə kömək olar?Kim onun havadarı, bilmək gərək?
Ləzgi Əhməd:Səğiri olana tutarlar qəyyum,Çörəyini halal eylər o alim,Məhşərin günündə onlara lazım,Axır kömək verən şahmərdan gərək.
Xəstə Qasım:Xəstə Qasım deyər, kimdi qaytardı,Onda kim saxladı din Məhəmmədi?Kim söylədi müsəlmanlıq şərtini?Müsəlman olanda nə demək gərək.
Ləzgi Əhməd:Ləzgi Əhmədəm mən, haqdan keçmərəm,Dediyin sözləri başa düşmərəm,Gər bilsəm də o sirləri açmaram,Müsəlman olanda nə demək gərək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-lezgi-ehmedle-xeste-qasimin-dorduncu-deyismesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Payız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Təcnis: Ərənlər sərvəri Şah QulkəfiƏrənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,
Qarı və Şah Sənəm— Qarı:Otağımdan durdum, gəldim yanına,
Стихи других поэтов
Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.