Təcnis: Ərənlər sərvəri Şah Qulkəfi
Ərənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,Qədr günü namaz üstə sailə,Elədi xatəmin Həsən Mövlayə
Münkirlər istəsə diyağı sənsən,Yüz on dörd surənin diyağı sənsən,Bilmərəm yerin göyün dayağı sənsən,Gəl məxluqata Həsən Mövlayə
İbrahim din bəslər tabut içində,Muyi-ənbər zülflərin tabut içində,Ərəb sifətində tabut içində,Qalxdı, cavab verdi Həsən Mövlayə
Xəstə Qasım yaxa yırtıb qələm dad,Xan deyiləm, qora yetim qələm dad,Tanrı üçün mən fəqirə qələm dad,Bax qullar içində Həsən Mövlayə
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-tecnis-erenler-serveri-sah-qulkefi
Клавиши ← → для перехода, R — случайное стихотворение