— Qarı:Otağımdan durdum, gəldim yanına,Elçi bəylər gəldi, sənəm, nə dirsən?Yanar odları vurdum canına,Elçi bəylər gəldi, sənəm, nə dirsən?

— Şah Sənəm:Otağından durdun, gəldin yanıma,Qarı, mən Luluni nə dindirirsən?Yanar odları vurdun canıma,Qarı, mən Luluni nə dindirirsən?

— Qarı:Həyətiniz hasarlıdı, bağlıdı,Sinəm başı düyünlüdü, dağlıdı,Özgə deyil, doğma əmimin oğludu,Elçi bəylər gəldi, sənəm, nə dirsən?

— Şah Sənəm:Atama diyin, mərdanə dursun,Gələn elçilərin boynunu vursun,Məni verir Aşıq Qəribə versin,Köpək, mən Luluni nə dindirirsən?

— Qarı:Sən aşan yollar qarlı dağ olsun,Dörd tərəfin səbzə-çəmən bağ olsun,Sərvər oldu qızım, başın sağ olsun,Elçi bəylər gəldi, sənəm, nə dirsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные