Əlimdə
Üç gündür çıxmışam o Tikmədaşdan,Qapına gəlmişəm canım əlimdə.Ayağın torpağı qibləgahımdı,Sızıldaram giribanım əlimdə.
Şeyda bülbül kimi yaman ağlaram,Sinəm başın düyünlərəm, dağlaram.Ləzgi kimi yüz aşığı bağlaram,Əgər olsa süxəndanım əlimdə.
Xəstə Qasım, kəsilibdir xitabım,Qızılgül tək çəkilibdir gülabım.Cədvəlkeş quranım, qızıl kitabım,Yoxdur zərli qələmdanım əlimdə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-elimde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ərənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,
Qarı və Şah Sənəm— Qarı:Otağımdan durdum, gəldim yanına,
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.
KimiNə baxırsan maral gözlüm,Mənə biganələr kimi,
Стихи других поэтов
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Demə, zahida, sərgüzəşti-behiştDemə, zahida, sərgüzəşti-behişt,Yoxumdur mənim meyli-gəşti-behişt.
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.