Olsun
Yeri, gözəl, yeri, sənə qarğaram.Ölənədək işin ahü-zar olsun.Siyah zülfün dal gərdəndə sərasər,Halqa-halqa, çinbəçindən mar olsun.
Gözəllər içində giryan olasan,Yanasan odlara, büryan olasan,Vəfalı yarlara qurban olasan,Onlara baxanda sənə ar olsun.
Mən qurbanam yaxşıların muyuna,Hündür qamətinə, gözəl boyuna,Sənin soyun dönsün sonsuz soyuna,Gül açmasm bağçanızda, xar olsun.
Ay qız, bir kəs bilməz sənin sirrini,Qiyamətdə yandrrsmlar dərini,Yatan vaxtda şahmar vursun ərini,Naləsindən qulaqların kar olsun.
Xəstə Qasım dost yolunda qalanda,Əl uzadıb qol boynuna salanda,Kefin durulanda, könlün olanda,Bizə gələn ayaqların var olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,